Menu

İranı qətllərə görə cəzalandıracaqlar - "Siz başqa ölkələrin vətəndaşlarını qətlə yetirirsiniz..."

09.01.2019, 17:46
İranı qətllərə görə cəzalandıracaqlar - "Siz başqa ölkələrin vətəndaşlarını qətlə yetirirsiniz..."

Avropa İttifaqı ölkələri İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşırlar. "AzPolitika" xəbər verir ki, "Euronews" telekanalı Hollandiya, Belçika və Danimarka hökumətlərinin İran xüsusi xidmət orqanlarını bu ölkələrin ərazilərində siyasi qətllər törətməkdə ittiham etdiyinə dair xəbər yayıb. Telekanal bildirir ki, sözügedən ölkələr İran rejimini "öz rəqiblərini qətlə yetirdiyinə görə" cəzalandırmaq fikrindədir.

Hollandiya təhlükəsizlik xidmətinin sözçüsü Dik Sxuf deyib ki, onlarda İran xüsusi xidmət orqanlarının bu ölkə ərazisində iki rejim əleyhdarını qətlə yetirməsi barədə dəlillər var: "İran hökumətinin Niderland ərazisində 2015-ci və 2017-ci ildə törədilmiş 2 qətl hadisəsində iştirakını güman etmək üçün dəlillərimiz var. Öldürülənlər İran rejiminin opponentləri olublar. Sizin öz rəqiblərinizi öldürməniz qəbuledilməzdir. Daha da pisi odur ki, siz başqa ölkələrin vətəndaşlarını qətlə yetirirsiniz, həm də başqa ölkənin ərazisində. Biz İran rejiminə qarşı sərt mövqeyimizi davam etdirəcəyik."

Sanksiya təhdidilə bağlı danışan İranın xarici işlər naziri Cavad Zərif isə ittihamları qəbul etmədiklərini bildirib. Əksinə, qeyd edib ki, bəzi Avropa ölkələri terrorçuları müdafiə etməklə məşğuldur. Nazir deyib ki, Danimarka, Hollandiya və Fransa kimi ölkələr İranda minlərlə insanın qətlinə səbəb olan terrorçu təşkilatların nümayəndələrinə sığınacaq verərək, onları qoruyur.

AzPolitika. info

Şərhlər

Azərbaycan vətəndaşı 2019-01-09 17:46:08

Avropa ölkələri özlərinui ABŞ-ın nökərinə çevriblər.ABŞ nə deyirsə onu yerinə yetirirlər.Bilirəm mənimlə razılaşmayanlar olacaq.Ancaq bu həqiqətən belədir.ABŞ nə yalan uydurursa o dəqiqə Avropa ölkələri ABŞ-in yalanlarına haqq qazandırırlar.Mən bir şeyi başa düşə bilmirəm.Əgər bu ABŞ həqiqətin yanında olursa nə üçün Ermənistana qarşı sanksiya tətbiq etmir və Avropanı buna çağırmır.Əksinə Ermənilərə və Dağlıq Qarabağın separatçı rejiminə maliyə yardımı göstərir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol