Menu

Prezident Zərdabda yol tikintisinə 3,9 milyon manat ayırıb

09.01.2019, 18:18
Prezident Zərdabda yol tikintisinə 3,9 milyon manat ayırıb

Prezident İlham Əliyev yanvarın 9-da Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Şərhlər

mirselim ismayilov 2019-01-09 18:18:52

Col ereb Zerdab yolunada dikket etseler yaxsi olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol