Menu

Fransanın hərbi təyyarəsi radarlardan itib

09.01.2019, 18:46
Fransanın hərbi təyyarəsi radarlardan itib

Fransanın şimal-şərqindəki Nansi Oşey hava bazasından bu gün səhər qalxan “Mirage2000” tipli qırıcı təyyarəsi bir qədər sonra Yura dağları üzərindən uçarkən radarlardan itib.

“Report” “France İnfo”ya istinadən xəbər verir ki, təyyarədə 2 nəfər heyət olub.

Duq və Yura departamentlərinin sakinlərinə itən təyyarə barədə hər cür xəbəri çatdırmaq barədə müraciət ünvanlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol