Menu

Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olundu

10.01.2019, 00:14
Türkiyədə ilk 8 təkərli hərbi zirehli avtomobil istehsal olundu

Türkiyənin Mersin vilayətində "Derman" adlı yerli istehsallı ilk 8 təkərli hərbi zirehli yük nəqliyyat vasitəsinin nümunəsi hazırlanıb. Hərbi zirehli yük avtomobilinin ilk nümunəsinin hazırlanmasına 2016-cı ildə başlanılıb.

Hərbi nəqliyyat vasitəsinin istehsalı prosesində 40-a yaxın türk mühəndis iştirak edib. Trend-in məlumatına görə, sınaqdan sonra "Derman"ın silsilə istehsalı təşkil ediləcək və o, Türkiyə Ordusunun silahlanmasına daxil ediləcək.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol