Quba rayonunda "Birja" ticarət mərkəzində baş verən yanğın söndürülüb.
"Repoirt"un yerli bürosu xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.


Şərhlər