Menu

Ağ Ev rəsmisi: "ABŞ Suriyadakı İran nümayəndələrini çıxarmağa çalışacaq"

10.01.2019, 20:42
Ağ Ev rəsmisi: "ABŞ Suriyadakı İran nümayəndələrini çıxarmağa çalışacaq"

"ABŞ İran nümayəndələrini Suriyadan diplomatik yollarla çıxarmağa çalışacaq".

“Report” TASS-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Maykl Pompeo Qahirə Amerika Universitetində çıxışı zamanı bildirib.

“ABŞ diplomatik yollarla Suriyadakı bütün iranlıların son nəfərədək ölkəni tərk etmələri üçün səy göstərəcək və BMT-nin yardımı ilə Suriya xalqının məşəqqətlərinə son qoymaq, ölkəyə sabitlik gətirmək istiqamətində çalışacaq”, - deyə Ağ Ev rəsmisi qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol