Menu

Tramp demokratları dialoqa çağırıb - «Mən, Ağ Evdə sizi gözləyirəm!»

13.01.2019, 10:34
Tramp demokratları dialoqa çağırıb - «Mən, Ağ Evdə sizi gözləyirəm!»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birəşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp büdcə böhranını müzakirə və hökumətin işini bərpa etmək məqsədilə demokratları dialoqa çağırıb və bildirib ki, bu problemi 15 dəqiqə ərzində həll etmək olardı.

Prezident Demokrat paprtiyasının nümayədələrinə növbəti dəfə xatırladıb ki, «Meksika divarı»nın tikintisinə pul ayrılması onlardan asılıdır.

O, fikir ayrılıqlarını müzakirə etmək və Meksika sərhədindəki humanitar böhrana son qoymaq məqsədilə onları Ağ Evə dəvət edib.

«Demrkratlar Vaşinqtona qayıtmalı və «şatdaun»a son qoymaq məsələsi üzərində işləməlidirlər. Eyni zamanda, bizim cənub sərhədlərimizdə qorxunc humanitar böhrana son qoyulmalıdır. Mən, Ağ Evdə sizi gözləyirəm!» - deyə, Tramp «Tvitter»də yazıb.

Tramp həm də öz mövqeyində haqlı olduğuna demokratları inandırmaq məsələsində ona köməklik göstərmək üçün sadə amerikalılara çağırış edib.

«Demokratlar «şatdaun» məsələsini 15 dəqiqə ərzində həll edə bilərdilər. Öz demokrat-senatorunuza və ya konqresmeninizə zəng vurun. Onlara deyin ki, bunu etsinlər» - Tramp əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol