Fransanın paytaxtı Parisin mərkəzində yerləşən binada qazın partlaması və baş verən yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə yerli prokurorluğa istinadla "France Info" nəşri yazıb.
Bildirilir ki, hadisə nəticəsində ölən 4-cü şəxsin meyiti binanın dağıntıları altından çıxarılıb.
Hadisə yanvarın 12-də Treviz küçəsində yerləşən çörək sexində qaz sızması nəticəsində baş verib. Əvvəlcə iki nəfərin öldüyü bildirilsə də, sonradan hadisə zamanı xəsarət alan İspaniya vətəndaşı xəstəxanada keçinib.


Şərhlər