ÖZ KƏNDİNDƏ ÖLƏ BİLMƏYƏN ƏKRƏM ƏYLİSLİ...

Eldar SABİROĞLU

Böyük şəxsiyyətlərin böyük də səhvləri olur. Dünyanın elə bir ölkəsi, xalqı yoxdur ki, məyusluq doğuran belə problemlə üzləşməsin.

Bizdən də yan keçməyib. Təkcə ədəbiyyat tariximizi xatırlamalı olsaq, milli-mənəvi dəyərlərimizlə uzlaşmayan, mübahisəli yaradıcı tale həyatı yaşayan onlarla görkəmli şair və yazıçının adını çəkmək mümkündür. Buna görə müxtəlif cəzalar tətbiq olunub, lakin son yüzillikdə Əkrəm Əylislinin çəkildiyi sınağa başqa bir yazıçımız məruz qalmayıb.

"Daş yuxular" bu nəhəng söz və fikir adamının əlindən demək olar ki, bütün imtiyaz və mükafatları aldı. "Azərbaycanın Xalq yazıçısı" adı üzərindən götürüldü. Prezident təqaüdü ləğv olundu. Əsərləri kitabxanalardan yığışdırıldı. Tonqallarda yandırılarkən "Daş yuxular"a görə tənqid etdiyim yazıçının o alovlar içərisində cırpınan ruhu bir anlıq gözlərim önündə canlandı. Ürəyim ağrıdı, özümü qınadım. Tonqallarda, Əkrəm, kitabları ilə birlikdə yandırılırdı. Romana görə yazıçıya heç bir mənada haqq qazandırmaq olmur. O, hələ də ovqatını dəyişdirmək qərarına gəlməyib. “Adi obrazdı”, - deyib, özünü günahdan kənara çəkir. Bax təəssüfləndirici budur...

Obrazı yaradan, onu cəmiyyətə təqdim edən hansısa abstrakt qüvvə yox, arxasında bənzərsiz qələm sahibi, əsərlərini dönə-dönə oxumaqdan həzz aldıgımız konkret şəxs, Əkrəm Əylisli kimi böyük yazıçımız dayanır. Etiraf belə hallarda zərər gətirməz, əksinə, könüllərdə əvvəlki sevgini və ucalığı təzədən bərpa edər...

Mənə görə, "Ağır daş" hekayəsinin bədii gücü və qayəsi, oxucuya Kəblə Salmanın dili ilə təlqin etdiyi ideya daha cəlbedici görünür. Kəblə Salmanın qorxunc yuxuları artıq həyətdəki səpsərin kəhriz suyuna qarışıb arxla üzüaşağı axıb getmir. Göy üzündən yerə nə yağış, nə dolu düşür. Qaranlıq buludlar arasından yağan yalnız daş və çınqıldır. Kəhrizin gözü tutulduğundan qorxulu yuxuların oyatdığı Kəblə Salman əhvalını düzəltmək üçün əl-üzünü yumağa daha bir damcı su tapa bilmir...

Əkrəm Əylislinin "Ağır daş" hekayəsindəki Kəblə Salmanın obrazından bu fraqmentlər nədənsə gəlib yadıma düşdü... Yazıçı indi evində öz dərd və qayğıları ilə birgə yaşayır. Əli-qolu baglı və sanki qandallanmış halda hansısa gününü gözləyir. Adam xaricə buraxılmır, çünki qadağası var. Öz kəndinə də gedə bilmir. Nədənki şəxsiyyət vəsiqəsi də əlindən alınıb. Haralara yazır, müraciət edirsə cavab verən yoxdur. Təsəvvür edin, yazıçı nə deyir: "Heç olmazsa buraxsınlar gedim öz kəndimdə ölüm". Mən bunu eşidəndə "Daş yuxular" romanına görə tənqid etdiyim bu nəhəng yazıçının vəziyyətindən dəhşətə gəldim.

Əkrəm Əylisli hansı səhvi buraxsa da o, sıradan birisi deyil. Ona göstərilən münasibətlə qətiyyən razılaşa bilmərəm. O, bir növ öz evində işgəncə həyatı sürür. Unutmayaq ki, bu gün bizlər nə ediriksə, onu sabahkı tariximizə yazırıq.

635x100

Şərhlər

vidadi goyce 2019-01-13 20:41:21

ekrem yazici olaraq orxan pamuk kimi nobel mukafati almaq fikrine dushdu,evezinde qelemini sindiran yuxulu dash aldi. ezizim sabir, ermeniye bu gun yazigi gelen ve o itlerin duz yola qayitmasini gozleyen sadece axmaq adamdir k.marks yazib ki, dunyanin hec bi xalqi oz siyasi fikirlerini heyata kecirmek ucun ermeniler qeder oz qadinlarini bashqalarinin altina vermeyibler, ekrem eylisli bunu bilmeliydi,fahishe xalqin ne yuxusu ola biler.

Sadə vətəndaş 2019-01-13 20:41:21

Səfər Əbiyevə mədhiələr yağdıran birisindən bundan artığını da gözləmək olmazdı. Bu məni heç heyrətləndirmədi. Belələrinə nə ad vermək olar?

seda 2019-01-13 20:41:21

uregim sxildi-menim negmekar bibim yadimaa duwdu...

Lerikden Mehemmedhesen emi 2019-01-13 20:41:21

Eldar muellim cox duzgun qeyd edib...Ekrem Eylisli yazarda sehvde yazar duzde yazar bu o demek deyil onun ezmek,oldurmek lazimdir? axi adama deyeller siz kimsiz ki mene toxunursuz? dilide ,canida mene Allah verib hara isteyirem gedirem...

Roma 2019-01-13 20:41:21

Millətin başına gətirilən bu böyük və ağlasığmaz faciələri onun ziyalısı görərək düşmənə hardasa rəğbət bəsləməsindən böyük alçaqlıq ola bilməz. Əkrəm Əylisli bu hərəkəti ilə öz millətimizi və ona sual olunanda heç bir şey olmamış kimi cavab verməsi onun öz .... xəbər verir. Heç kimin ixtiyarı çatmır milləti aşağılamağa onsuz da bizim millətin düşmənləri bəs qədərdir çörəyimizin də duzu yoxdur...

Elli 2019-01-13 20:41:21

onu bağışlamaq olarmı?

Melikmemmec 2019-01-13 20:41:21

Sabiroglu muellim, milletine bagli olan neheng gedeler qelemi ile ermeninin gozunu(....) dewirler wu anda. Ekrem muellim ise 25 ildirki imkan vermir ki,donuzu daridan cixardalar.

t.ədalət 2019-01-13 20:41:21

Siz nə danışırsınız?Əkrəm qələmi ilə erməninin yanında olduğunu təsdiq etdi.O düşmənin yanında dayandı ki,həmin düşmən ruslarla birlikdə on minlərlə balalarımızı öldürüb.Azərbaycanımızın bütün kənd və şəhərlərində onların qətlə yetirdiyi günahsız gənclərimizin qəbirstanlığı sıralanır.Əkrəm kimi nankorlar ən ağır cəzaya layiqdir.

azər 2019-01-13 20:41:21

yavaş-yavaş xoruzun quyruğu görnməyə başlayır..son yüzilliyin ən böyük cəfaeşi ey! ay cavidlər mü.fiqlər,..ruhunuz heç incimirmi? eyni mənbədən gəlir bu canıyananlıq = daş yuxulardan..

nata 2019-01-13 20:41:21

Mirzə bəy,sizə hörmət edirdim yazılarınıza görə,tanımasam da.Ancaq bu şerhinizi xoşlamadım....Sizlər istəsəniz də,istəmısəniz də Əkrəm Əylisli bir nəhəngdir.Onun qiymətini tarix verəcək sizlər yox.

Mirzə AĞ 2019-01-13 20:41:21

Onun heç bir nəhəngliyi-filanı yoxdur - çox cılız adamdı! Millətinə bağlı olmayan kimsə nəhəng ola bilməz...

OXUCU 2019-01-13 20:41:21

KIMDI ONU ORDUBADA BURAXAN.

Son yazılar