Menu

TRAMPDAN TÜRKİYƏYƏ AÇIQ VƏ ŞOK TƏHDİD - "Kürdlərə hücum etsələr, məhv edəcəyik..."

14.01.2019, 09:57
TRAMPDAN TÜRKİYƏYƏ AÇIQ VƏ ŞOK TƏHDİD  - "Kürdlərə hücum etsələr, məhv edəcəyik..."

ABŞ Prezidenti Donald Tramp Türkiyəni hədələyib.

"Marja" xəbər verir ki, Tramp, "Twitter" hesabından verdiyi açıqlamada bildirib: "Kürdlərə hücum etsələr, Türkiyəni iqtisadi olaraq məhv edəcəyik. 20 millik etibarlı bölgə yaradacağıq. Eyni şəkildə, kürdlərin də Türkiyəni provokasiya etməsini istəmirik".

Tramp "İŞİD-in xəlifəliyinin qalan az qismini sərt və bir çox istiqamətdən vurmağa davam etməklə bərabər, uzun zamandır reallaşması lazım olan Suriyadan çıxmağa başlayırıq. Təkrar yığışsalar yaxınlardakı hərbi bazalardan təkrar hücum edəcəyik", - əlavə edib.

Dollar/Türk Lirəsi məzənnəsi yeni həftəyə 1%-ə yaxın bahalaşma ilə başlayıb. Bakı vaxtı ilə saat 07:30-da 1 Dollar 5.4689 lirəyə bərabər olub.

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ Prezidenti Trampın Türkiyəni təhdid etməsinə reaksiya verib. İbrahim Kalın deyib: “Hörmətli Tramp, kürdləri ABŞ-ın da terror təşkilatları siyahısında yer alan PKK-nın Suriya qolu PYD/YPG ilə bir tutmaq böyük səhvdir. Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə edir. Kürdləri və digər suriyalıları terror təhdidindən qoruyacağıq".

Şərhlər

Abit 2019-01-14 09:57:40

Ağ eleme 50 ildi qırırlar hele qurtarmır,deyesen qohumluğu var

t.ədalət 2019-01-14 09:57:40

Türkiyə kürdləri vuracaq.Trampın dedikləri kürdlər üçün bir tələdir.Trampa İnanan kürdlər boş yerə özlərini ölümə verəcəklər.

vadim 2019-01-14 09:57:40

Dehşet

vadim 2019-01-14 09:57:40

İnşallah muharibe olmaz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol