Menu

Türkiyədə qaz kəmərində partlayış baş verib

14.01.2019, 10:27
Türkiyədə qaz kəmərində partlayış baş verib

Türkiyənin Sakarya əyalətinin Arifiye rayonunda təbii qaz xəttində partlayış olub.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə bölgənin dağlıq hissəsindən keçən qaz kəmərində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Partlayış nəticəsində qaz kəmərində başlayan yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol