Menu

Çin məhkəməsi Kanada vətəndaşı barədə ölüm hökmü çıxarıb

14.01.2019, 18:46
Çin məhkəməsi Kanada vətəndaşı barədə ölüm hökmü çıxarıb

Çin məhkəməsi narkotik maddə qaçaqmalçılığına görə Kanada vətəndaşı Robert Lloyd Şellenberq barəsində ölüm hökmü çıxarıb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məhkəmə onun Çindəki var-dövlətinin müsadiə edilməsi barədə də qərar qəbul edib.

Qeyd edək ki, Çində dekabrın 1-i "Huawei"in maliyyə direktoru Men Vançjounun Vankuverdə həbsindən sonra Kanadanın 13 vətəndaşı saxlanılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol