Menu

Samuxda 46 yaşlı kişi intihar edib

14.01.2019, 20:31
Samuxda 46 yaşlı kişi intihar edib

Samux rayonunda 46 yaşlı kişi intihar edib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Ağasıbəyli kəndində qeydə alınıb.

Kənd sakini, 1973-cü il təvəllüdlü Bəxtiyar Həmzə oğlu Hüseynov özünü asaraq intihar edib. Onun hansı səbəbdən özünü öldürdüyü hələlik məlum deyil.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol