Menu

Şirvanda mənzildən meyit aşkarlanıb

14.01.2019, 21:54
Şirvanda mənzildən meyit aşkarlanıb

Şirvanda mənzildən meyit aşkar edilib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri Leytenant İbrahimov küçəsi 30, mənzil 63 ünvanında 73 yaşlı Cəfər Məmişovun meyiti aşkarlanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Ehtimal olunur ki, həmin ünvanda yaşayan kişi xəstəlikdən ölə bilər.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol