Menu

DİN Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb

15.01.2019, 11:42
DİN Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Cəlilabadda baş verən qətllə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 13-də Cəlilabad şəhəri ərazisindən şəhər sakini Rəcəb Mirzəyevin küt alətlə döyülmə xarakterli xəsarətlə xəstəxanaya gətirilməsi, həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəhər sakini Əziz Quliyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol