Cavad Heyətin qızı Məlihə Heyət: "Nur icində, hüzur içində yatsın. Hamımızın atasıdır"
Görkəmli azərbaycanlı cərrah, professor Cavad Heyəti son mənzilə yola salınıb.
ANS TV-nin məlumatına görə, Cavad Heyət Fəxri Xiyabanda torpağa tapşırılıb. Cavad Heyət öz vəsiyyətnaməsində Bakıda və ya Təbrizdə dəfn olunmasını istəmişdi. Müzakirələrdən sonra isə onun Bakıda dəfn olunmasına qərar verilmişdi.
Avqustun 12-də dünyasını dəyişən Cavad Heyət ilə dəfndən əvvəl Milli Elmlər Akademiyasında vida mərasimi keçirilib. Vida mərasimində akademikin yaxınları, dövlət və ictimaiyyət nümayəndələri iştirak edib. Mərasimdə Cavad Heyətin həyat və yaradıcılığı barədə çıxışlar olub, onun barəsində sənədli film nümayiş etdirilib.
Cavad Heyətin qızı Məlihə Heyətin sözlərinə görə, “Nur icində, hüzur içində yatsın. Hamımızın atasıdır. Bilirəm ki, hamı bizimlə eyni hissləri bölüşür. Və hər kəsə də öz təşəkkürümü bildirirəm”
Allah rəhmət eləsin!


Şərhlər