Menu

Bakıda şadlıq evində güclü partlayış - Yaralılar var

15.08.2014, 18:44
Bakıda şadlıq evində güclü partlayış - Yaralılar var

Yaralılardan birinin vəziyyəti kritikdir

Bu gün Nizami rayonu ərazisindəki "Sultan" şadlıq evində baş vermiş güclü partlayış nəticəsində yaralanan şəxslərin kimliyi məlum olub.

Məlumatına görə, partlayış nəticəsində yaralanan şəxslər 1962-ci il təvəllüdlü Əhmədov Əlif Əli oğlu və 1993-cü ildə anadan olmuş Comərdov Tural Telman oğludur. Hər iki şəxs 5 saylı şəhər xəstəxanasına yerləşdirilib. Yaralılardan Ə.Əhmədovun vəziyyəti kritik qiymətləndirilir.

Qeyd edək ki, partlayış nəticəsində yaralanan şəxslər həmin şadlıq evində təmir işi ilə məşğul olan ustalardır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol