Menu

Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb

16.01.2019, 22:59
Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb

Çərşənbə günü növbəti siklon Suriyanın paytaxtı Dəməşqə güclü qar gətirib, nəticədə küçələrin əksəriyyəti su altında qalıb.

“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, sinoptiklər Suriya paytaxtına 36 saat davam edəcək qütb siklonunun gələcəyi barədə əvvəlcədən xəbərdarlıq ediblər.

Siklonla əlaqədar olaraq Suriyanın bütün dəniz limanları bağlanıb.

Dəməşqdə hava günortadan sonra birdən-birə pisləşib, göy üzünü buludlar alıb, ardınca güclü yağış yağmağa başlayıb. Daha sonra yağış güclü qar ilə əvəzlənib. Yerli sakinlərin bildirdiklərinə görə, artıq neçə ildir yanvar ayında belə hava müşahidə olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol