Menu

"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub

17.01.2019, 00:01
"Yuventus" "Milan"a qalib gələrək İtaliya Superkubokunun sahibi olub

Futbol üzrə İtaliya Superkubokunun sahibi məlum olub.

“Report” xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki "Kinq Abdulla Sports Siti" stadionunda "Yuventus" və "Milan" arasında keçirilən görüş Turin təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolu 61-ci dəqiqədə "Yuventus"un portuqaliyalı ulduz futbolçusu Kriştiano Ronaldo vurub.

Ötən il "Yuventus" ardıcıl 7, ümumilikdə isə 34-cü dəfə İtaliya çempionu olub. "Milan" isə ölkə Kubokunun finalına qədər gələrək, burada həmin Turin təmsilçisinə məğlub olub.

İtaliya Superkuboku. Final

"Yuventus" – "Milan" - 1:0

Qol: 1:0 – Ronaldo – 61

Qırmızı vərəqə: Kessye, 73 ("Milan")

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol