Menu

Rumıniya iqtisadi böhrana düşdü

15.08.2014, 19:54
Rumıniya iqtisadi böhrana düşdü

Prezident Trayan Basesku ölkə iqtisadiyyatının tənəzzül mərhələsinə keçdiyini bəyan edib

Rumıniya prezidenti Trayan Basesku ölkə iqtisadiyyatının tənəzzül mərhələsinə keçdiyini bəyan edib.

ANS PRESS xəbər verir ki, Avrostat statistika agentliyinin məlumatına əsasən, ölkədə iqtisadi artım azalıb. Bunun əsas səbəbini prezident xarici investisiyaların azalmasında gördüyünü vurğulayıb.

Qeyd edək ki, 2010-cu ildə Beynəlxalq Valyuta Fondu iqtisadi böhranla üzləşən Rumıniyaya 20 milyard avro məbləğində kredit ayırmışdı. Bunun müqabilində sosial xərclərin azaldılması, vergilərin artırılması, energetika, mədən, kimya və digər sahələrdə özəlləşdirilmənin aparılması tələb olunurdu. Nazirlər Kabineti dövlət orqanlarının maliyyələşdirilməsini azaltmaq, spirtli içkilərə, zinət əşyalarına, bahalı avtomobillərə aksizləri qaldırmaq kimi öhdəlikləri üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol