“Kitabxana məsələsi hər zaman məni düşündürür. Kəndlərdə kitabxana qalmayıb, hamısı bağlanıb. Kitablar da hara atılıb bilinmir. Nə var ki, orada işləyənlərə 120 manat maaş verilirdi...”
“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
A.Abbas kitabxanalara diqqətsizliyə görə narahatlığını ifadə edib: “Elektron kitabxanaya kimdir gedən? Elə evdə internetdə oxuyar da... İnsan kitabı sinəsinin üstündə oxumaq istəyir. Dövlətin çap etdirdiyi kitablar kitabxanaya çatdırılır, amma özümüzün çap etdirdiyimiz kitablar kitabxanalarda olmur. Mən özüm rayona gedəndə kitablar alıb aparıram ki, bu kitablar da kitabxanada olsun, bəlkə kimsə oxumaq istəyir... Ad çəkmək istəmirəm, küsürlər, rayonların əksəriyyətində kitabxana yoxdur. Bu sahə canlandırılmalıdır”.
Komitə sədri Rafael Hüseynov da bu sahənin canlandırılmasının vacibliyini vurğulayıb.


Şərhlər
Heç milli məcisdə işləyənlər də bir şey etmir. Bəs onlar niyə yüksək məvacib alır? Bəlkə "kor kora kor deməsə bağrı catlayar" misalı yadına düşəndə biraz fikirləşən?
Aqil bey,siz niyə kitab aparırsınız ki,ondansa soğan toxumu aparın ki,millət soğan əksin.
Aqil muəllim, istədiyin yar idi, yetirdi pərvərdiyar.Sən bu cur istəyirdin-kitabsız toplum, o da oldu....
nəinki kitabxanalar,elə mədəniyyət sahələri də "pul köçürüb-"otkat" alma" yerinə çevirilib.Mədəniyyət nazirliyini Təhsil nazirliyinə verməyin vaxtı çatıb.Onda kitabxanalar da bərpa olunar.Təhsil nazirliyinin nəzdində Mədəniyyət Baş idarəsi kimi fəaliyyət göstərə bilər.Ə.Qarayevin ixtisası nədir bilmirəm,ancaq mədəniyyətimizin məhv olur
Ölkə iri addımlarla savadsızlığa yuvarlanır.