Menu

Bir evdə 1242 nəfər qeydiyyata alınıb

15.08.2014, 20:02
Bir evdə 1242 nəfər qeydiyyata alınıb

Onlar arasında Moldova, Azərbaycan, Ermənistan və Belarus vətəndaşları da var

Moskvada şok qanunsuzluq faktı aşkarlanıb.

ANS PRESS-in məlumatına görə, Moskva sakini 1200 nəfərdən çox əcnəbi vətəndaşı öz evində qeydiyyata alıb.

Paytaxt polisi yoxlamalar keçirdiyi zaman Moskvanın Çkalova küçəsindəki evdə 1242 əcnəbinin qeydiyyata alındığını aşkarlayıb.

Onlar arasında Moldova, Azərbaycan, Ermənistan və Belarus vətəndaşları var.

Evin 46 yaşlı sahibi həmin vətəndaşlardan pul mükafatı alıb. Evin sahibinə qarşı cinayət işi açılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol