"ASB Bank" ASC 31 dekabr 2018-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
"Finans.az" açıqlanan hesabata istinadən xəbər verir ki, bankın ötən ilin dördüncü rübü üzrə cəmi aktivləri 822 mln. 312 min manat olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 13% və ya 122 mln. 877 min manat çoxdur.
KREDİT PORTFELİ AZALIB
"ASB Bank"ın kredit portfeli 1 il ərzində 4,31% azalaraq 285 mln. 950 min manat təşkil edib.
Sözügedən dövrə "ASB Bank"ın depozit portfelinin həcmi 558 mln. 360 min manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,2% və ya 70 mln. manat azdır. Bankın cəmi öhdəlikləri isə 1 il ərzində 14,6% azalaraq 730 mln. 282 min manata düşüb.
KAPİTALI ARTIB
2017-ci ilin eyni dövrü ilə müqayisədə "ASB Bank"ın cəmi kapitalında artım müşahidə olunub. Belə ki, bankın cəmi kapitalı 1,8% artaraq 92 mln. 30 min manata qalxıb.
MƏNFFƏTDƏDİR
2018-ci ilin yanvar-dekabr aylarında bankın xalis faiz gəlirləri 11 mln. 538 min manat, xalis qeyri-faiz xərcləri isə 9 mln. 747 min manat olub. Əməliyyat mənfəəti 1 mln. 791 min manat olan "ASB Bank" aktivlər üzrə ehtiyatların yaradılmasına ayrılan ehtiyatlarını 3 mln. 167 min manat azaldıb. 1 mln. 12 min manat vergi ödəyən bank 2018-ci ilin dekabr ayını 3 mln. 946 min manat xalis mənfəətlə başa vurub.


Şərhlər