Menu

Rusiyalılar ölkəni «böyük güc» hesab edirlər - Amma «əbədi kasıblıq»dan xəcalət çəkirlər

17.01.2019, 18:00
Rusiyalılar ölkəni «böyük güc» hesab edirlər  - Amma «əbədi kasıblıq»dan xəcalət çəkirlər

Rusiyalılar vətənlərini böyük güc hesab etsələr də «əbədi kasılıq» içərisində yaşadıqlarından xəcalət çəkirlər.

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, ötən ilin sonunda «Levada-mərkəz»in keçirdiyi sorğu bu nəticəyə gəlməyə əsas verib.

Sorğuya görə, ölkə əhalisinin 3/4-ü hesab edir ki, Rusiya - böyük gücdür. Həm də belə düşünənlərin sayı ilin əvvəlindən ardıcıl olaraq artır. Sorğunun nəticələri «RBK» qəzetinin saytında dərc olunub.

Respondentlərin 60,0 faizindən çoxu isə rus xalqını tarixdə xüsusi yeri olan böyük xalq hesab edir. Bununla yanaşı, mənəviyyatın qabalığı, kobudluq, bir-birinə qarşı hörmətsizlik bu insanlara utanc gətirir. Onlar həm də «əbədi kasıblıqdan və evsiz-eşiksiz həyat sürməkdən» qəmgin olurlar, SSRİ-nin dağılmasından, yenidənqurmanın nəticələrindən və Qərb ölkələrindən xroniki olaraq geri qalmaqdan narazılıq ifadə edirlər.

Bununla bərabər, rusiyalılar ölkələri üçün fərəh hissi keçirməyi əsasən ötən əsrin hadisələri ilə bağlayırlar - Böyük Vətən müharibəsindəki qələbədən, kosmosun fəth edilməsinləki nailiyyətlərdən və s.

Krımın qaytarılması yalnız 3-cü pillədə dayanır. Ölkə üçün fərəh hissi keçirmədən ötrü daha bir səbəb də rus silahının şöhrəti hesab olunur.

Güclü prezidentin olması da bu sıraya aid olunur.

Şərhlər

X 2019-01-17 18:00:28

BİZİM KİMİ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol