Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.
Trend-in məlumatına görə, yanvarın 17-də qızılın qiyməti yanvarın 16-ı ilə müqayisədə 3,026 manat artaraq 1 unsiya üçün 2195,6265 manat təşkil edib.
Gümüş 0,0316 manat ucuzlaşaraq 1 unsiya üçün 26,4503 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 6,5875 manat artaraq 1366,035 manat, palladiumun qiyməti isə 58,3015 manat artaraq 2315,7655 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.


Şərhlər