Menu

Tereza da Davosa gedəsi olmadı - Nə oldu bunlara?!

18.01.2019, 12:18
Tereza da Davosa gedəsi olmadı - Nə oldu bunlara?!

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniyanın Baş naziri Tereza Mey Davosda keçiriləcək beynəlxalq iqtisadi foruma getməkən imtina edib.

Baş nazirin mətbuat katibinin sözlərinə görə, belə qərarın verilməsində məqsəd bütün diqqəti Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq məsələsinə fokuslamaqdan ibarətdir. Çərşənbə axşamı ölkənin parlamenti Mey hökumətinin Avropa İttifaqı ilə razılaşdırdığı planı təsdiq etməyib. Plan «Brekzit»dən sonra, Londonun Brüssellə münasibətlərini reqlamentləşdirməli idi.

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp da Davosa getməyəcək - «sərhədlərin təhlükəsizliyi məsələsində demokratların barışmaz mövqe tutmasına» görə.

Fransa prezidenti Emmanuel Makron isə «sarı jilet»lərin etirazları səbəbilə forumda iştirak etməyəcək.

Rusiya prezidenti Vladimir Putin də forumda iştirak etməyəcək. Rusiya nümayəndə heyətinə isə İqtisadi inkişaf naziri Maksim Oreşkin başçılıq edəcək.

Bu nədir - sadəcə təsadüf, yoxsa xeyli məkrli məqsədlərlə düşünülmüş addım?

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol