Menu

Ukrayna artilleriyası 60 separatçını və bir tankı məhv etdi

16.08.2014, 08:39
Ukrayna artilleriyası 60 separatçını və bir tankı məhv etdi

Donetsk sənaye zonalarından birində artilleriyanın gücü ilə 60 rus meyilli döyüşçü və bir bir tank məhv edilib

Lent.az-ın ANS PRESS-ə istinadən verdiyi xəbərə görə, bu haqda "Facebook" səhifəsində "Sağ sektor" lideri Dmitri Yaroş bildirib.

"İndicə Donetskin sənaye ərazilərindən birində artilleriya atəşindən minimum bir tank yandı və 60 separatçı cəhənnəmə yola düşdü. 93-cü briqada komandiri o "müharibənin Allahlarındandır" həmişəki kimi hündürlükdə... ", - deyə Yaroş sosial şəbəkədə yazıb.

Eyni zamanda, "İnformasiya Müqaviməti" qrupunun koordinatoru Dmitri Timçukun məlumatına görə, hazırda Donetskin Luqansk, İlovaysk, Şaxtyorsk, Krasnıy Luç rayonlarında aktiv döyüş hərəkətləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol