“20 Yanvar yeni, müstəqil, azad və inkişaf edən Azərbaycan üçün dönüş nöqtəsi olub”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Giorgi Mosidze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, həmin gün azadlıq tələb edən Azərbaycan xalq can verməkdə olan imperiyanın qalıqları altında əzilib: “Gürcüstanda da 1989-cu il aprelin 9-u faciəvi tarixdir. Lakin eyni zamanda məhz həmin faciəvi günlərdə həm Azərbaycan, həm də Gürcüstanda yeni dövr yarandı”.
Deputat Azərbaycanın hər zaman müstəqil olaraq inkişaf edəcəyinə əmin olduğunu bildirib: “Azərbaycanın inişafına nə hər hansı bir bir xarici qüvvə, nə də hər hansı bir çəkişmə mane ola biləcək”.


Şərhlər
Alma-Afada,Tibilisidə,Bakıda,Vilnüsdə və digər yerlərdə Qorbaçov tərəfindən törədilən qanlı cinayətlər SSRİ-nin saxlanmasıüçün edilmirdi.Qorbaçov ABŞ və qərbin qarşısında SSRİ-ni dağıtmaq öhdəçiliyi götürmüşdü.Bu qanlı cinayətlərin törədilməsi ilə millətlərdə SSRİ-yə qarşı nifrət oyadırdı.Qorbaçov çox gözəl bilirdi ki,tarixən Erməni Türk düşmənçiliyi var.Məhz şərəfsiz Qorbaçovun göstərişi ilə Qarabağın Ermənistana birləşdirilməsi məsələsi ortaya atılmışdır.Ona görədə qarşısı alınmırdı.