Menu

Somalidə 50-dən çox terrorçu məhv edilib

20.01.2019, 20:09
Somalidə 50-dən çox terrorçu məhv edilib

Somalidə Birləşmiş Ştatların endirdiyi hava zərbələri nəticəsində "Əş-Şabab" terror qruplaşmasının 50-dən çox yaraqlısı ölüb.“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ silahlı qüvvələrinin Afrika komandanlığı məlumat yayıb.

Bildirilir ki, aviazərbə şənbə günü ölkənin cənubunda yerləşən Orta Cubba əyalətinin Cilib şəhəri yaxınlığında, terrorçulardan ibarət böyük bir qrupun Somali milli ordusuna hücumuna cavab olaraq endirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol