Menu

Çinin «buzqıran» gəmisi aysberqlə toqquşub - Antarktidada

22.01.2019, 09:37
Çinin «buzqıran» gəmisi aysberqlə toqquşub  - Antarktidada

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amundsen dənizinin Antarktida sahillərində fövqəladə hadisə baş verib - Çin Xalq Respublikasına (ÇXR) məxsus «Qar kərtənkələsi» adlı buzqıran gəmi aysberqlə toqquşub.

ÇXR Təbii Ehtiyatlar Nazirliyi xəbər verir ki, toqquşma halisəsi Bakı vaxtı ilə 05:47 dəqiqədə Antarktida ekspedisiyası zamanı baş verib.

İnsident güclü duman şəraitində qeydə alınıb, amma gəmi güclü zədə almayıb, onun əsas mexanizmləri zərər çəkməyib.

Zərərçəkən olmayıb. Ekspedisiya öz axarı ilə davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol