""MEHMAN İŞİ" ZİYALILARI İFŞA ETDİ" - Ekspertdən ziyalılara tənqid

""Mehman işi" onu göstərdi ki, ölkədə həqiqətən ziyalı yoxdur"

"AzPolitika.info" xəbər verir ki, tanınmış təhsil eksperti Etibar Əliyev "Facebook"da paylaşdığı növbəti statusunda ölkə ziyalılarını tənqid edib. E.Əliyev tənqidlə yanaşı onlara tövsiyyə də verib.

Ekspert yazır: "Prezident İlham Əliyev Mehman Hüseynovun işinin obyektiv araşdırılması barədə müvafiq orqanlara tapşırıq verdi. Bu çox yaxşı haldır. Ancaq "Mehman işi" onu göstərdi ki, ölkədə həqiqətən ziyalı yoxdur. Mehmanın əvəzinə Prezidentə yazıçılar, alimlər müraciət etməli idilər. Ən azında bir gəncin taleyi həll olunurdu. Bizim ziyalılar müraciət etməkdən belə çəkinirlər. Anara, Elçinə, ljepatriot Çingiz Abdullayevə, böyük şair Ramiz Rövşənə, alimlərimizə məsləhət görürəm ki, ötən əsrin əvvəllərinfə Fransada baş vermiş "Dreyfus işini" oxusunlar".

635x100

Şərhlər

Köhnə azərbaycanlı 2019-01-22 12:29:00

Etibar bəy haqlı iradınıza görə sağ olun.Məlahət xanım da çox düz qeyd edib:"Ziyalılıq həm də cəsarət və ədalətli olmağı tələb edir".Mənim Əlizadə qardaşlarının Mehman haqqında dedikləri yadımda qaldı.Araz .... yaraşan sözü Mehmana dedi, ziyalılığına inandığım Zərdüş isə ən azından ALLAH qapısını açsın yox "Mehman Hüseynov çıxan kimi xaricə gedəcək"-dedi.Niyə belə ictimailəşmiş məsələyə ATƏT münasibət bildirməzdən əvvəl ziyalılarımız münasibət bildirmir?Axı indi 37-ci il deyil.Yenə Prezident sağ olsun

sual 2019-01-22 12:29:00

Yaxşı bir mahnı sözləri var bir söz yetər-öıkədə ziyalı qalıbmı ki ya?

Hörmətli Akademiklərə! 2019-01-22 12:29:00

Bismillahir-Rəhmanir-Rəhim Zati-aliləri cənab şairlər və Akademiklər Siz bir mənalı olaeaq biməlisiniz ki, Bu da millətin dəyərlərinin qorunması, cəmiyyətdə eybəcər halların yayılmasının qarşısının alınması baxımından çox əhəmiyyətli işlər görmək Sizin müqədəs vətəndaş borcunuzdur.Şərhlərdə düz yazırlar kı, Bizim ziyalılar ancaq yuxarıdan işarə gözləyirlər.Jurnalistlər bir neçəsin dindirdi, onlarda bir bəhanə ilə sualdan yayındı Bizim ziyalılar müraciət etməkdən belə çəkinirlər. Buna mat qalmaya bilmirsən. Bunun səbəbi araşdırılalıdır. Ehtimal yaranır ki, Onu da deyə bilərəm ki, mövqey bildirmək onların vətəndaş borclardı. Bunun çox sadə cavabı var! Onu da qeyd edək ki, “Bu boyda sayqısızlıq olmaz”! . Bunun çox sadə cavabı var!Onlar qoxurlar, yada o qədər xahişləri olub ki, üzləri yoxdur, ya da coxları bu adlara layıq dyirlər! Vəssalam! Çox heyif, Sözün açığı lap xəcalət çəkdim. Bunun zərbəsi isə Azərbaycan elminə, həqiqi alimlərə, bütövlükdə Azərbaycan cəmiyyətinə dəyir.Böyük mütəfekkir M.F.AXUNDOV xaiqının maariflənməsi, elm və mədəniyyət. təhsil sahəsində irəliləməsi üçün əlindən gəiəni əsirgəmirdi.O, həmvətənlərinə kamillik dərəcəsinə yüksəlmək üçün yeddi vəzifeni yerinə yetirməyi tövsiyyə edib.Onu alimlər bilməlidirlər.

Oqtay 2019-01-22 12:29:00

Ziyalılar təyinat la olublar vəzifə və puldan başqa ideyaları yoxdur

o.b.n 2019-01-22 12:29:00

Bizim ziyalılar ancaq yuxarıdan işarə gözləyirlər.Jurnalistlər bir neçəsin dindirdi, onlarda bir bəhanə ilə sualdan yayındı.araz kimiləri isə istədi böyüklərin yanında böyüsün,ancaq...kiçildı.Əlbətdə siz deyən kimi ölkədə aktiv ziyalı olsaiydi bu cür məsələ böyüməzdi ~30 000 insan mitinq etməzdi.(Hərçən ki DİN-də 2 800 sayıb.stadiyonun sahəsindəki,əhaliyə baxmaqla kimin haqlı olduğın müəyən etmək olar)Elim adamları,Şairlər,xalq tərəfində deputat mandatı alanlar (Məzahirdən alanları demiirəm) aktiv olmalıdır

miri 2019-01-22 12:29:00

Qazisi canına qəsd edən, şəhid valideynləri küçədə sürüdülən, balalarının qarnını doldurmaq üçün iş istəyəni qapıdan qovulan, gəncləri azad söz üçün qazamatlanan..... məmləkətdə ziyalı vəya ağsaqqal axtarmaq "samanlıqda iynə axtarmaq"a bərabərdir. P.s. ruslarda bir deyim var: "tixim meste cyort voditsta"

Emil Zolye 2019-01-22 12:29:00

Yüzdə yüz razıyam.Bizim "ziyalı"lar yaxşı yaltaqlanmaq,yarınmaq,yalan danışmağı bilirlər.Bu biabırçılıqdır.Mən utanıram onların yerinə.S.Rüstəmxanlıdan fikrini soruşullar.Deyir mən uzaqdayam.Bu nə deməkdir...

Məlahət Mürşüdlü 2019-01-22 12:29:00

Etibar bəy, haqlı iradlardır. təşəkkür edirəm. Ziyalılıq həm də cəsarət və ədalətli olmağı tələb edir. Təəssüf ki, adları çəkilən və çəkilməyənlərdə bu keyfiyyətlər yoxdur.

Son yazılar