Menu

Avropa ordusu qurulur - İlk addım atıldı

22.01.2019, 15:32
Avropa ordusu qurulur - İlk addım atıldı

Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.

“Report” DW-yə istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.

Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.

Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol