Menu

Ölkədə qızıl və gümüşün qiyməti düşdü

22.01.2019, 22:20
Ölkədə qızıl və gümüşün qiyməti düşdü

 

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, yanvarın 22-də qızılın qiyməti yanvarın 21-i ilə müqayisədə 6,273 manat azalaraq 1 unsiya üçün 2172,039 manat təşkil edib.

Gümüş 0,1911 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8324 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 16,1755 manat azalaraq 1343,3995 manat, palladiumun qiyməti isə 42,483 manat azalaraq 2310,249 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol