Menu

Şatdaun FTB agentlərinin antiterror əməliyyatları aparmasına mane olur

23.01.2019, 11:37
Şatdaun FTB agentlərinin antiterror əməliyyatları aparmasına mane olur

ABŞ-da hökumətin işinin qismən dayandırılması Federal Təhqiqatlar Bürosunun (FTB) agentlərinin işinə mane olur.

"Report" "Kommersant"a istinadən xəbər verir ki, FTB agentləri Assosiasiyasının hesabatında şatdaunun bütün dünya üzrə antiterror və əks-kəşfiyyat əməliyyatları aparılmasına maneə törətdiyi vurğulanır.

Qeyd olunur ki, FTB əməkdaşları ödəniş həyata keçirilmədiyindən məlumatvericilər və tərcüməçilərlə işdə çətinlik çəkirlər.

FTB-nin 13 min xüsusi agentinin əksəriyyəti ödənişsiz işləməyə davam etmək məcburiyyətindədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol