Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) sədr dəyişikliyindən sonra kütləvi kadr islahatına və keçmiş rəhbərliyin fəaliyyətinin auditinə başlanıb.
“Report”un əldə etdiyi məlumata görə, hazırda AzTV-də sədr vəzifəsini icra edən Rövşən Məmmədov ilk olaraq maliyyə sisteminin şəffaflaşdırılması məqsədilə "təmizləmələrə" başlayıb.
Belə ki, teleradionun maliyyə idarəsinin rəisi Şahrza Əliyev və onun müavinləri vəzifəsindən azad olunublar. Onların vəzifədə olduğu müddətdə həyata keçirdiyi bütün maliyyə əməliyyatları ilə bağlı auditə başlanılıb. Televiziyanın maliyyə idarəsinə yeni rəhbər təyin olunub. Əvvəlki rəhbərliyə yaxınlığı ilə tanınan Şahrza Əliyev bundan əvvəl uzun illər bir çox qurumlarda maliyyə strukturlarını idarə edib. Ş.Əliyev fəaliyyəti ilə bağlı qalmaqallarla yadda qalıb.
Kadr islahatı “Xəbərlər” İnformasiya redaksiyasını da əhatə edib. Burada çalışan və indiyədək adları çoxsaylı neqativ məsələlərdə hallanan bəzi əməkdaşlar artıq işdən azad olunublar. Bundan başqa qurumun bir neçə ölkədəki təmsilçiləri də işdən çıxarılaraq geri çağırılıb ki, bu və digər kadr islahatları ilə bağlı yaxın zamanlarda məlumat veriləcək.
İslahatlarla bağlı faktları AzTv-dən təsdiqləyiblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub.
Dövlət televiziyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.


Şərhlər
AzTV-nin Berlin bürosu bu qurumun Almaniyaya uzadılmış qoludur. Azərbaycanda necə işləyirlərsə, elə Almaniyada da o cür işləyirlər. Alman xalqı və ictimaiyyəti ilə iş aparacaq şəxs alman dilini bilmir. Almanların necə insanlar olduqlarını tarix kitablarından yaxşı bilirik. Sual edirəm: bu centlemen alman dilini bilmədən uzun illər Almaniyada necə işləyib və ya heç işləyibmi? AzTV-nin yeni rəhbərliyinə ümidlər çox olmasa da, kiçik dəyişiklər belə irəliyə atılmış bir addım olardı...
AzTv-nin Berlin müxbiri Nemət Əkbərli həqiqətən maraqlı tipdir, jurnalist büdcəsinə uyğun gəlməyən, çox dəbdəbəli həyat sürür, dəyəri yüz min avro civarında ağ rəngli porsche cayane sürür. Ziyalı insana yaraşmayan ədəbazlığı ilə hər yerdə diqqəti cəlb edir; Alışanov kimi oliqarxın kadrından bundan artığını gözləmək sadəlövhlük olardı.
sormag gerek,megsedin milleti tehgir edib,pulunu,parasin kazinoya dashimag idimi?
Alışanov Berlində çoxsaylı bahalı mülklərə sahibdir, mülklərin alınması, idarə olunması və kitayəyə verilməsi işlərini AzTV-nin Berlin bürosunun rəhbəri Nemət Əkbərli tərəfindən həyata keçirilir.
Bu nece ilde,bu .... ifsha eden mediyaya gulag asmayan rehberliye Avropa shurasi ne ad versin?
Hele Arifin surucusunun anasida ermenidir
Nerimanovda yasayir anasi