Menu

Daha bir faciəvi hadisə: 6 yaşlı oğlan öldü

16.08.2014, 19:15
Daha bir faciəvi hadisə: 6 yaşlı oğlan öldü

Kürdəmir rayonunda azyaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün rayonun Muradxan kəndində 2008-ci il təvəllüdlü Dünyamalıyev Mehralı Rəsul oğlunu elektrik cərəyanı vurub. Azyaşlı hadisə yerindəcə keçinib.

Bildirilir ki, 6 yaşlı M.Dünyamalıyav uşaqlarla həyətdən keçən su knalında çimirmiş. Həmin vaxt o, həyətdəki nar ağacına çıxıb və ehtiyatsızlıqdan ağacın üstündən keçən və su motoru üçün nəzərdə tutulmuş elektrik naqilinə toxunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol