Menu

"Rusiyadan gələn hərbi dəstək yoldadır"

17.08.2014, 08:31
"Rusiyadan gələn hərbi dəstək yoldadır"

Tanınmamış “Donetsk Xalq Respublikasının” baş naziri Aleksandr Zaxarçenko Rusiyada təlim keçmiş 1200 nəfər döyüşçü və 150 ədəd zirehli texnikanın yolda olduğunu bildirilib.

ANS PRESS-in məlumatına görə, "Baş nazir" vəzifəsinə ötən həftə təyin edilmiş Aleksandr Zaxarçenkonun bu barədə bəyanatını "YouTube" kanalına yüklənmiş videoklipdə görmək olar.

Moskva separatçılara dəstək verdiyi barədə Ukrayna və Qərb ölkələrinin ittihamlarını daima rədd edib.

Bu arada mübahisəli humanitar yardım karvanı Ukrayna sərhədi yaxınlığındakı Rusiya ərazisində saxlanılıb. Belə görünür ki, Rusiya, Ukrayna və Qızıl Xaç yardımın necə çatdırılmasını razılaşdırarkən karvanın Ukrayna sərhədçiləri tərəfindən təftişi gözlənilir.

Bundan əvvəl Rusiyanın müdafiə naziri amerikalı həmkarını əmin edib ki, Ukraynaya göndərilən yardım karvanında hərbçilər hərəkət etmir, Pentaqon bildirib.

Rusiyanın məlumatına görə, Klikləyin280 maşından ibarət karvanla Şərqi Ukrayna bölgəsinə ərzaq, su və humanitar təyinatlı ləvazimat aparılır.

"Nazir Şoyqu nazir Hagel-ə zəmanət verib ki, humanitar karvanda Ukraynaya əlavə müdaxilə üçün bəhanə kimi istifadə ediləcək hərbi heyət yoxdur”, Chuck Hagel və Sergey Şoyqu arasında telefon söhbəti barədə Pentaqonun məlumatında deyilir.

“Nazir Şoyqu Ukrayna şərtlərinə əməl edildiyini deyib”.

Bu arada Kiyev cümə günü Rusiyadan daxil olan Klikləyinzirehli texnikanın böyük hissəsinin məhv edildiyini bəyan edib.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko Britaniyanın baş naziri David Cameron-la telefon söhbətində bildirib.

Moskva Ukraynada hərbi texnikaya malik olduğu barədə məlumatları təkzib edir.

"Rusiya-Ukrayna sərhədini gündüz və ya gecə keçən heç bir Rusiya hərbi karvanı mövcud deyil”, - Rusiya müdafiə nazirinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib.

Cümə axşamı günü üsyançıların idarə etdiyi Donetsk və Luhansk şəhərləri intensiv artilleriya atəşinə məruz qalıb.

Şərqi Ukraynadakı münaqişədə öldürülən 2098 adamdan yarısı son iki həftə ərzində həlak olub, BMT bildirir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol