Milli Məclisin deputatı Ağacan Abıyev “Kurikulum” sözünün işlədilməsinə etiraz edib.
"Report"un xəbərinə görə, parlamentin Elm və təhsil komitəsinin iclasında A.Abıyev deyib ki, bu sözü tələffüz etmək çətindir: “Bu sözü deyəndə az qalır ağzımız əyilsin. “Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, “şum”dur... Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.


Şərhlər
Ardı. Hal-hazırda nəzarətin düzgün təşkil edilməsi ilə təhsilin keyfiyyətini qismən təmin etmək olar. Mən Sizi inandırıram ki, məktəbləri yeniləsək, müəllimlərin maaşını lap 2000 manat etsək belə əgər nəzarət olmasa orada keyfiyyətdən söhbət gedə bilməz. İstənilən məhsulun istehsalının keyfiyyətlə başa çatması üçün onun istehsal mərhələsi boyu nəzarət vacib bir vasitədir. Bu sınaqdan çıxmaq üçün müəllimlərdən çox şey tələb olunmur: 1. Müəllim öz üzərində fasiləsiz işləməlidir
Ardı. Bu maliyyə dəstəyi mənim fikrimcə bu istiqamətlərə yönəldilməlidir: 1. Müəllim- şagird marağının təmin olunmasına 2. Dövlət nəzarəti ilə keyfiyyətli dərsiklərin tərtibinə və çap edilməsinə. 3. İşləyən müəllimlərin canlı attestasiyasının aparılması(çox vaxt tələb etsə belə)və onlara repetitorluqla məşğul olmağın qadağan edilməsi. 4. Məktəblərin yenıdən qurulması. 5. Nəzarətçi orqanlar tərəfindən keyfiyyətli nəzarətin təşkili və aparılmas.(indi gələn yoxlamalar şagirdləri saymaqla kifayətlənirlər)
Ardı. Əgər müəllim deyirsə testlər çox çətin idi- bu müəllimin savadlı olmasına şübhə doğur. Şagird şikayətlənə bilər testlər çətin idi, müəllim yox. Həqiqətən müəllimlərin savadlı olması bir problem olaraq qalır. Mən özüm vaxtilə işlədiyim kollektivdə bunun şahidi olmuşam. Buna əlavə olaraq məktəblərin maddi-texniki bazasının da müasir tələblərə cavab verməməsi təhsilin keyfiyyətinə fəsadsız ötüşmür.Kurikulumun tətbiqinin nəticə verməsi üçün güclü maliyyə dəstəyi olmalıdır. Əks təqdirdə nəticə olmayacaq.
Yeniliklər həmişə çətinliklə üzləşir. Burada əsas mahiyyət sözün necə səslənməsi və ya tələffüzü deyil. Təhsil nazirliyi son 4 ildə müəllimləri qəflət yuxusundan ayıltmaq, ətalətdən çıxarmaq üçün çox iş görüb. Mən bunlardan birinin üzərində dayanmaq istəyirəm. Müəllimlərin diaqnostik qiymətləndirilməsi. Testlər çox asan suallardan ibarət idi. Ancaq bu asan sualları bilməyən müəllimlər də az deyildi. 60 sualdan 10-15-nə cavab verən müəllimdən nə gözləyirsən? Müəllimlər öz üzərində fasiləsiz işləməlidirlər.
Ağacan müəllimin bu yanaşması məni "Uşaqlığın son gecəsi" filmində Muradla Rüstəmin dialoqunu yadıma saldı(Rüstəmin məşqə getməsinə hazırlıq səhnəsi)
Krikulum elədiyini elədi bərbad olan təhsilimizi bir az da bərbad günə qoydu.Yaxşı bəs indiyədək hardaydın ay ..... deputat ki, iş işdən kecəndən sonra xoruzdanırsan.Kül sizin kimi deputatların da vətəndaşların da başına...
Ağacan kişi MƏHƏMMƏD ƏLİNİ bir bokusçu kimi bəyənməsədə özü gəncliyində Azərbaycan səviyyəsində yaxşı bokusçu olub.London Olimpiadasında 10 milyonluq çempion məsələsinə uğursuzluğa düçar olsada,olkəmizdə buna əhəmiyyət verilmədi və Parlamentdə intizam /?/ komissiyasının sədri secildi,orden də oldu.Ağacan kişi, o parlamentdə sən yox,O terminlerin mahiyyətini və tələffüzünü etməyi bacaranlar oturmalıdır.Problem Kurikulumda yox,səndədir.
Agacan muəllim elə bilir ki, bu sözu muəllimlər duşunub və onlar öz xoşu ilə bu sözu işlədir.Bir də deyir ki, bu sözu biz işlədə bilmiriksə,daha heç kim işlədə bilməz.Bu sözu dilinizə gətirməyin, deyir.Guya muəllimlər özbaşınadır ki, Dövlət Proqramında nəzərdə tutulan konsepsiyanı tərk etsinlər.
O KURIKULUMU AZERBAYCANA SIRIYANIN ATABATASINA...OLSUN.UWAQLARI WIKEST ELEDILER.INDI ISE BOW BOW DANIWIRLAR...