Menu

Trampın keçmiş müşaviri həbs olundu

25.01.2019, 18:17
Trampın keçmiş müşaviri həbs olundu

ABŞ Prezidenti Donald Trampın sabiq müşaviri, siyasi məsləhətçi Rocer Stoun Florida ştatında həbs olunub.

"Associated Press" xəbər verir ki, o, xüsusi prokuror Robert Müllerin Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxiləsi barədə apardığı istintaq çərçivəsində saxlanılıb.

İlkin məlumatlara görə, R.Stoun beş halda yalan ifadə verməkdə, eləcə də ədalətin bərqərar olmasına mane olmaqda və şahidlərin ifadələrini dəyişdirməkdə ittiham olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol