Menu

“ABŞ-la əlaqələrimizi dayandırmaq barədə qərarımı təsdiq edirəm” - Nikolas Maduro

25.01.2019, 20:06
“ABŞ-la əlaqələrimizi dayandırmaq barədə qərarımı təsdiq edirəm” - Nikolas Maduro

Venesuela Prezidenti Nikolas Maduro ABŞ-la əlaqələri dayandırmaq qərarına sadiq olduğunu açıqlayıb.

“Report” xəbər verir ki, o, bu barədə ABŞ diplomatlarının ölkədən çıxarılması müddətinin başa çatması ərəfəsində “Twitter”dəki səhifəsində yazıb.

“ABŞ hökuməti ilə diplomatik və siyasi əlaqələrimizi dayandırmaq barədə qərarımı təsdiq edirəm”, - deyə N.Maduro qeyd edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuela Prezidenti ABŞ-la diplomatik əlaqələrə xitam verdiklərini açıqlayaraq bu ölkənin diplomatlarına ölkə ərazisini tərk etmələri üçün 72 saat vaxt vermişdi. Beləliklə, ABŞ diplomatları bazar gününədək Venesueladan çıxmalıdır.

Şərhlər

NURəddin 2019-01-25 20:06:53

BƏS BU DİKDATOR DÜNƏN DEVRİLMİŞDİ AXI?

Abit 2019-01-25 20:06:53

Qaqa neyi tesdiq edirsen?72 saat vaxt vermisen diplomatik korpusa (ABŞ) onlarda deyir çıxarmıram,çünki seni prezident kimi tanımıram.İndi erdiyin gösteriş yerine yetirilmese batdın,fikirleş

Vətəndaş 2019-01-25 20:06:53

Nürəddin Maduro diktator deyil.Diktator ABŞ-da cəm olmuş imperialistlərdir.Kim onların sözünə baxmırsan lap demokrat olsun ona diktator damğası vurub devirmək istəyirlər.Məgər Sədudiyyə Ərəbistanını idarə edənlər demokratdırlar ki,ABŞ onları müdafiə edir.Sadəcə olaraq SƏ ABŞ-ın dedikləri ilə hərəkət edir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol