Menu

Azərbaycanda iranyönümlü qəzetin fəaliyyətinə son qoyuldu

17.08.2014, 13:56
Azərbaycanda iranyönümlü qəzetin fəaliyyətinə son qoyuldu

[caption id="attachment_48518" align="alignleft" width="248"] Qurban Cəbrayıl[/caption]

Uzun illərdi ki, nəşr edilən və islamçı camiəyə yaxın mətbuat orqanı kimi tanınan «Nəbz» qəzeti öz fəaliyyətini dayandırıb. Bu barədə Azinform.az-a məlumatı qəzetdə çalışan jurnalistlərdən biri verib.

Mənbəmizin sözlərinə görə, qəzetin fəaliyətini dayandırmasına səbəb baş redaktorla kolektiv arasında yaşanan qarşıdurmadır.

Bu narazılıq qəzetə maliyyə buraxan dairələrin də diqqətinə çatdırıldıqdan sonra, məlum olub ki, ayrılan vəsaitin böyük hissəsi baş redaktor tərəfindən mənimsənilirmiş.

Son nəticədə kollektiv tərəfindən «Yeni Nəbz» adlı qəzet təsis edilib.

[caption id="attachment_48519" align="alignleft" width="300"]

Fuad Nəcəfov[/caption]

AzPolitika.info-nun məlumatına görə, yeni təsis olunan qəzetin baş redaktoru Fuad Nəcəfovdur.

Hazırda sponsorlar tərəfindən maliyyənin «Yeni Nəbz»ə buraxıldığı deyilir.

Bununla da «Nəbz»in baş redaktoru Qurban Cəbrayıl oyundankənar vəziyyətdə qalıb. Maraqlıdır ki, bu hadisə bir ay əvvəl baş versə də, indiyə kimi mediadan gizli saxlanılıb.

Xatırladaq ki, «Nəbz» qəzeti 2000-ci ildən indiyə kimi fasiləsiz fəaliyət göstərib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol