«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) yanvarın 26-da keçiriləcək iclasının başlıca mövzusu Venesuelada yaranmış vəziyyət olacaq.
İclasda ABŞ DD-nin başçısı Mayk Pompeo iştirak edəcək və müxalif parlamentin dəstəklənməsi barədə Vaşinqtonun rəsmi mövqeyini ortaya qoyacaq.
Pompeo TŞ-nın bütün üzvlərini prezident Maduronun əvəzinə, Venesuela parlamentinin spikeri Xuan Quaydonu dəstəkləməyə çağıracaq.
“Maykl Pompeo BMT Təhlükəsizlik Şurasının iclası zamanı ABŞ hökumətinin Venesuela xalqının dəstəkləməsinin əhəmiyyətini vurğulayaraq üzv ölkələri və beynəlxalq birliyi Venesuelanın özünü prezident səlahiyyətlərinin müvəqqəti icraçısı elan etmiş Xuan Quaydonu tanımaqla beynəlxalq sülh və təhlükəsizliyə dəstək verməyə israrla çağıracaq. Habelə keçid hökumətinin demokratiyanı və hüquqi asayişi bərpa etmək istiqamətindəki səylərinin dəstəklənməsini istəyəcək”, - deyə Dövlət Departamentinin məlumatında vurğulanır.


Şərhlər
Bu araqarışdıranın iştirakı ilə Venesüela məsələsini müzakirə etməyin heç bir xeyri yoxdur.