Menu

İtaliyada vertolyot təyyarə ilə toqquşub, ölənlər və yaralananlar var

25.01.2019, 21:23
İtaliyada vertolyot təyyarə ilə toqquşub, ölənlər və yaralananlar var

İtaliyada vertolyot turist təyyarəsi ilə toqquşub.

"Report" TASS-a istinadla xəbər verir ki, bu barədə "Rai News 24" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Valle-d Aosta regionunun səmasında baş verib. Qəza nəticəsində azı 4 nəfər həlak olub, daha 2 nəfər yaralanıb.

Hələlik hadisənin başvermə səbəbi barədə məlumat yoxdur.

Daha əvvəl İtaliyada polisin təqibindən qaçan sürücü qəza törədib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol