«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Kolumbiyanın Müdafiə Nazirliyi (MN) guya Venesuelaya soxulmaq üçün bu ölkənin Amerika Birləşmiş Ştatlarına (ABŞ) hərbi baza verəcəyi barədə yayılmış informasiyanı təkzib edib.
İdarənin mətbuat xidməti siyasi böhran fonunda Venesuelaya hərbi güc yeritmək üçün hazırlıq işləri ilə bağlı KİV-n sorğusuna mənfi cavab verib.
Kolumbiya hakimiyyəti öz ordusunu da Venesuelaya yeritmək niyyətində olmadığını, bütün ordunun dislokasiya yerində qaldığını və yerdəşimənin nəzərdə tutulmadığını bildirir.


Şərhlər