Venesuelada bir neçə gündür davam edən etiraz aksiyaları zamanı 29 nəfər həyatını itirib.
“Report” RİA "Novosti"yə istinadla xəbər verir ki, bu barədə "Venesuela sosial münaqişələr rəsədxanası" Qeyri-Hökumət Təşkilatı məlumat yayıb.
"Etirazlar zamanı 29 nəfər öldürülüb. Bu rəqəmlərə şəxsiyyəti təsdiq edilənlər daxildir", - deyə təşkilatın "Twitter" səhifəsində qeyd olunub.
Bundan əvvəl Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.
Onun ardınca Amerika lideri Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.


Şərhlər
Diktaturanın məntiqi sonlugu məhz belə olur.Pis də olsa,diktator bir prezidentlə yanaşı ,birisi də özunu prezident elan edir.Əliyalın ac xalq və qanuni diktator uz-uzədir.Qan və xaos.Əlbəttə hələ indiyə qədər xalqa qalib gəlmiş heç bir diktator hakimiyyəti saxlaya bilməyib.