Suriyada silahlı qarşıdurma olub.
“Report” “Yeniakit”ə istinadla xəbər verir ki, atışma İranın dəstəklədiyi Bəşşar Əsədin qardaşı Mahir Əsədin komandanlıq etdiyi “4-cü Fırka” silahlı dəstəsi ilə Bəşşar Əsəd rejiminə bağlı Rusiyanın “Qaplan güclərinin 5-ci birliyi” silhalıları arasında olub.
Nəticədə çoxlu sayda insan ölüb və yaralanıb.
Bildirilib ki, atışmalar Suriyanın Hama əyalətinin şimalında Şatha, Bredic, Haydarayye, İnnab rayonlarında baş verir.
Atışmaya səbəb İranın bölgədəki təsirini azaltmaqdır.


Şərhlər