Menu

ABŞ Yaponiyada güclü radar qurğusu yerləşdirəcək - Qitələrarası raket əleyhinə

28.01.2019, 20:33
ABŞ Yaponiyada güclü radar qurğusu yerləşdirəcək  - Qitələrarası raket əleyhinə

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Şatatları (ABŞ) hakimiyyəti Yaponiya ərazisində güclü yerüstü radar qurğusu yerləşdirməyi planlayır.

Bu addım qitələrarası ballistik raketlərin mümkün hücumlarına qarşı ölkənin müdafiəsini möhkəmlətmək məqsədinə xidmət edir. Təhlükə ilk növbədə, Koreya Xalq Demokratik Respublikasından (KXDR) qaynaqlanır.

«Yomiuri» nəşrinin yazdığına görə, yeni ABŞ RƏM radarı Yaponiyada 2025-ci ildə meydana gələcək.

Gözlənildiyinə görə, ABŞ analoji radarın birini də 2023-cü ilə Havaylarda quracaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol