Fransada “sarı jiletlilər” hərəkatının ötən il noyabrın 17-dən etibarən keçirdiyi etiraz aksiyaları dövründə 11 nəfər ölüb.
“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə Fransa Prezidenti Emanuel Makron misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
“Bu böhran başlayandan bu yana on bir insan dünyasını dəyişib. Bu itkilərimizdən heç birinin səbəbi asayiş mühafizəsi qüvvələrimizin hərəkətləri olmayıb”, - E.Makron qeyd edib.


Şərhlər
Ay Venesuelaya ultimatum göndərən Makron Fransa dağılır.Get öz işinlə məşğul ol.ABŞ-ın tapşırığı ilə vene3suelaya ultimatum göndərmə.Nə üçün Fransanı ABŞ-ın yedəyinə sürükləyirsən.Fransa olanda ABŞ-ın adı it dəftərindədə yox idi.