Menu

"Fənərbağça", nəhayət, qalib gəldi

29.01.2019, 00:18
"Fənərbağça", nəhayət, qalib gəldi

Türkiyə superliqasında 19-cu tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 3 matç keçirilib. Lider "Başakşəhər" "Kasımpaşa"nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.

"Fənərbağça" isə doğma meydanda "Yeni Malatyaspor"la qarşılaşıb. Görüş İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da ölkə çempionatında 6 oyundan sonra ilk qalibiyyətini əldə edən "Fənərbaxça" turnir cədvəlində 14-cü pilləyə yüksəlib.

Digər oyunda "Alanyaspor" səfərdə "Ankaragücü"nə qalib gəlib - 2:0.

"Fənərbağça" - "Yeni Malatyaspor" - 3:2

Qollar: Ekici, 2 (1:0), Mina, 28 (1:1), Ekici, 31 (2:1), Donald,45 (2:2), Topal, 86 (3:2)

"Başakşəhər" - "Kasımpaşa" - 2:0

Qollar: Viska, 42, Elia, 84

"Ankaragücü" - "Alanyaspor" - 0:2

Qollar:Kampos, 6-pen, Sisse, 55

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol