Menu

İran Suriyada bir neçə elektrik stansiyası tikəcək

29.01.2019, 01:07
İran Suriyada bir neçə elektrik stansiyası tikəcək

İran Suriya ilə imzalanmış iqtisadi əməkdaşlıq memorandumu çərçivəsində bu ərəb respublikasında bir neçə elektrik stansiyası inşa edəcək. “Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti İshaq Cahangiri deyib.

"Biz Suriyada bir neçə elektrik stansiyasının inşası və yenidənqurulması sahəsində əməkdaşlıq haqqında müqavilə bağladıq. İlk belə stansiyanın əsası sabah Latakiyada qoyulacaq", - deyə Cahangiri bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol